Naxçıvanda Maliyyə Forumu keçiriləcək

A- A A+

Naxçıvan Muxtar Respublikasında Maliyyə Forumu keçiriləcək

NUHÇIXAN xəbər verir ki, dekabrın 18-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş Maliyyə Forumu təşkil ediləcək.

Forum muxtar respublikanın Maliyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Forumun keçirilməsinin əsas məqsədi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə alaraq bu sahədə maarifləndirmə və məlumatlandırmadan ibarətdir.

Forum Azərbaycanın və muxtar respublikanın bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Naxçıvan Muxtar Respublikasının hökumət nümayəndələri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri ilə baş tutacaq.

Həmçinin Maliyyə Forumu muxtar respublikada fəaliyyət göstərən iri sahibkarlıq subyektlərinin rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri və digər mütəxəssislərin iştirakı ilə keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: