Naxçıvanda əsas kapitala vəsait qoyuluşu 7 faiz artıb

A- A A+

Cari ilin yanvar-noyabr aylarında muxtar respublikada iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 140 milyon 358 min 300 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricini 7,0 faiz üstələyib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, vəsaitin 32 milyon 461 min 800 manatı və ya 23,1 faizi məhsul istehsalı sahələrinə, 29 milyon 233 min 300 manatı və ya 20,8 faizi xidmət sahələrinə, 78 milyon 663 min 200 manatı və ya 56,1 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala vəsait qoyuluşunun 116 milyon 27 min manatı və ya 82,7 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,0 faiz çoxdur.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: