Vüqar Gülməmmədov: “Naxçıvanda aparılan auditlər bəzi sahələr üzrə irəliləyişlərin olduğunu göstərir”
Müvafiq tapşırıqlardan irəli gələn məsələlər Naxçıvan Muxtar Respublikasının inkişafı üçün hazırlanan strateji sənədlərdə öz əksini tapıb.
NUHÇIXAN xəbər verir ki, bu sözləri bu gün Naxçıvanda keçirilən Maliyyə Forumunda çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Onun sözlərinə görə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda "Dövlət müəssisə və şirkətlərinin fəaliyyətində maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi" bəndi nəzərdə tutulub: “Ötən il maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsinə dair Naxçıvanda keçirilən tədbirdəki çıxışımda dövlət sektorunda maliyyə şəffaflığının və hesabatlılığının minimal tələblərini səsləndirmişdim. Həmin tədbirdən 1 ildən bir qədər çox vaxt keçib. Bu dövr ərzində aparılan auditlər və təhlillər bəzi sahələr üzrə irəliləyişlərin olduğunu göstərir”.