Naxçıvanda yeni İstilik Elektrik Stansiyasının tikilməsi muxtar respublikanın enerji sisteminin sabitliyinə, davamlılığına daha da təkan verəcək

A- A A+

Bunu Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Tural Murtuzəliyev NUHÇIXAN-a müsahibəsində deyib.

O bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar dövlət–özəl tərəfdaşlığı imkanlarından istifadə edilməklə Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının artırılmasını və elektrik enerjisi ixracının həyata keçirilməsini təmin etmək məqsədi ilə cənab İlham Əliyev tərəfindən Naxçıvan yeni İstilik Elektrik Stansiyasının tikilməsi haqqında Sərəncam imzalayıb.

Bu Sərəncama əsəsən Muxtar Respublikada yeni İstilik Elektrik Stansiyası tikiləcək. Yeni İstilik Elektrik Stansiyasının tikilməsi Muxtar Respublikanın enerji sisteminin sabitliyinə, davamlılığına daha da təkan verəcək. Ən əsası isə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan enerji üçün balans rolunu oyanacaq. Bu da ciddi ixrac potensialının istifadə olunmasında ən böyük dəstəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: