Naxçıvanda büdcə daxilolmaları 100 milyon manata yaxın artıb

A- A A+

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a verilən məlumata əsasən, 2024-cü ildə İqtisadiyyat Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 230,7 milyon manat təşkil edib.

Bu vəsaitin 226,6 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə, 2,3 milyon manatı dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən, 1,8 milyon manatı isə digər mənbələrdən daxilolmalardır.

2024-cü il üzrə büdcə daxilolmaları 2023-cü illə müqayisədə 62,3 milyon manat və ya 37 faiz, 2022-ci illə müqayisədə isə 97 milyon manat və ya 72,6 faiz artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: