Xəyalə Dadaşova: Ötən ilin 11 ayı ərzində muxtar respublikada 326 milyon 401 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub
Bunu NUHÇIXAN-a müsahibəsində Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova deyib.
Nazir müavini bildirib ki, 2024-cü ilin 11 ayı ərzində muxtar respublikada 326 milyon 401 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Həmin vəsaitin 179 milyon 34 min manatını bitkiçilik sahəsi, 147 milyon 367 min manatını isə heyvandarlıq təşkil edib. Ümumiyyətlə 2023-cü ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,1 faiz artıq təşkil edib.
Xəyalə Dadaşova onuda qeyd edib ki, ötən ildə istehsalçılara istehsal etdikləri məhsula görə, 7 milyon 280 min manatlıq subsidiyanın ödənilməsi planlaşdırılıb. Həmin vəsait üzrə artıq 6 milyon manatdan yuxarı vəsait subsidiya şəklində istehsalçılara ödənilib. Ötən ilin sentyabr ayından etibarən dekabrın sonunadək 36 şəxsə 56 adda ümumi dəyəri 1 milyon 233 min 859 manat həcmində texnikanın verilməsi də təmin olunub.