Naxçıvanda hərrac və müsabiqələrdən büdcəyə daxilolmalar 4 dəfə artıb

A- A A+

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsi tərəfindən 2024-cü ildə 149 əmlak üzrə hərrac və müsabiqələr keçirilib.

2024-cü il ərzində dövlət əmlakının satışı üzrə keçirilən hərraclardan muxtar respublika büdcəsinə daxilolmalar 2023-cü illə müqayisədə 4 dəfə artaraq 1,4 milyon manat, bələdiyyə torpaqlarının satışı üzrə daxilolmalar isə 87,8 faiz artaraq 409,7 min manat olub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: