Vüqar Bayramov: Naxçıvan iqtisadiyyatının gələcək inkişafı üçün zəmin yaranır

A- A A+

Mövzu ilə bağlı NUHÇIXAN-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Naxçıvan Muxtar Respublikasında aparılan struktur və eləcə də institusional islahatlar Naxçıvanın büdcəsinə daxil olmaların artmasına gətirib çıxarıb. Bu, təbii ki, qeyri neft sektoru hesabına büdcəyə daha çox vəsaitin cəlb edilməsi anlamına gəlir.

Deputat bildirib ki, 2024-cü il büdcə daxilolmalarında 2023-cü il ilə müqayisədə kəskin artımlar müşahidə olunur. Bu həm də dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə edilən transferlərin həcminin də azalmasına gətirib çıxarır. Bu da muxtar respublikanın daxili maliyə mənbələri hesabına öz xərclərini mərhələli şəkildə ödəməsi istiqamətində addımların atılması deməkdir. 

V. Bayramovun sözlərinə görə, daxili maliyə mənbələrinin genişləndirilməsi, həm də bütövlükdə Naxçıvan iqtisadiyyatının inkişafını xaraktrerizə edən göstəricilərdən biridir. Burada başlıca məqsəd Naxçıvan Muxtar Respublikasının fiskal gəlirlərinin formalaşmasında daha çox yerli daxili mənbələrdən istifadə olunması, xüsusən də daha çox yerli və xarici sərmayədarların cəlb edilməsi hesabına muxtar respublika iqtisadiyyatının inkişafının dəstəklənməsindən ibarətdir.

"Zəngəzur dəhlinizin istifadəyə verilməsi ilə bağlı aparılan müzakirələr ondan xəbər verir ki, dəhlizin istifadəyə verilməsi Naxçıvan iqtisadiyyatının inkişafı üçün yeni imkanlar yaradacaq. Bu konteksdə vacib məqamlardan biri də ondan ibarətdir ki, Naxçıvan iqtisadiyyatının inkişafı üçün biz növbəti mərhələdə daha çox imkanların olduğunu müşahidə edəcəyik. Bu, muxtar respublika iqtisadiyatının daha çox inkişafı üçün zəmin yaradır",-deyə o vurğulayıb.

Anar Tağıyev

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: