Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 44 mindən çox şəxs qəbul edilib

A- A A+

Ötən il Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində, ümumilikdə, 44 min 388 şəxs qəbul edilib.

Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 59 min 4 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz çoxdur. Xidmətlərin 90 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

2024-cü ildə vergi ödəyicilərinə 676 min 182 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 97 görüş keçirilib, 687 sayda ünvanlı xidmət göstərilib. Ötən il 5 min 750 müraciət üzrə 10 min 98 “Asan İmza” sertifikatı verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: