2024-cü ildə Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü illə müqayisədə 11,4 % artaraq 4,4 milyon manatdan çox olub.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 18,9 % artaraq 29 milyon manata yaxın olub.