Braziliyalı futbolçu Rusiya klubundan ayrılıb

A- A A+

Rusiyanın "Spartak" klubu Villian Joze ilə yolları ayırdığını açıqlayıb.

NUHÇIXAN paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Braziliyalı hücumçu 2024-cü ilin yayında İspaniyanın "Betis" klubundan 2 milyon avroya Moskva təmsilçisinə transfer olunmuşdu.

Qeyd edək ki, V.Joze “Spartak”ın heyətində meydana çıxdığı 13 oyunda bir qol vurub. Onun Braziliyanın "Baiya" klubuna keçəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: