2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 7 milyon 151,2 min ton yük və 47 milyon 418,2 min sərnişin daşınıb.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, 2023-cü illə müqayisədə yük daşınması 1,1 %, sərnişin daşınması isə 1,4 % artıb.
Bundan başqa, il ərzində muxtar respublikada göstərilmiş informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 4,1 % artaraq 35 milyon 763,1 minmanat olub. Bunun 46 %-i mobil telefon rabitəsi sahəsində formalaşıb.