NUHÇIXAN xəbər verir ki, y anvarın 15-də “Ziraat Bank Azərbaycan”ın Naxçıvan filialının rəsmi açılış mərasimində Sahibkarlığın İnkişafı Fondu ilə “Ziraat Bank Azərbaycan” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni “Ziraat Bank Azərbaycan” ASC İdarə Heyətinin üzvü Ömər Yılmaz və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Vüsal Novruzov imzalayıblar.
Müqaviləyə əsasən “Ziraat Bank Azərbaycan” ASC Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri ilə sahibkarlara maliyyələşdirmə imkanları yaradılmasına dəstək olacaqdır.
Qeyd edək ki, bu əməkdaşlıq nəticəsində Fondun müvəkkil kredit təşkilatlarının sayı 7-ə çatıb.