“Dəstək” Fondunun Naxçıvanda ötən il xərclədiyi vəsaitin məbləği açıqlanıb

A- A A+

“Dəstək” Fondunun 2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasında (MR) xərclədiyi vəsaitin məbləği bəyan edilib.

NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan MR-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “DƏSTƏK” Fondu tərəfindən 2024-cü ildə 1 milyon 88 min 277 manat vəsait xərclənib.

Qeyd olunan dövr üzrə Fondun xərc istiqamətləri aşağıdakı kimi olub:

Müalicə və psixoloji dəstək istiqaməti üzrə - 192 nəfərə 137 min 406 manat;

Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə - 336 nəfərə 716 min 530 manat;

Borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə - 23 nəfərə 183 min 704 manat;

Təhsil haqqının ödənilməsi istiqaməti üzrə - 3 nəfərə 10 min 300 manat;

Digər istiqamətlər üzrə - 40 min 337 manat.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: