Azərbaycanda ötən il 33 rayonda Aqrar Biznes Festivalı keçirilib

A- A A+

2024-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 12 iqtisadi - 33 inzibati rayonda Aqrar Biznes Festivalı keçirilib.

NUHÇIXAN nazirliyə istinadən festivallara dövlət və özəl sektoru təmsil edən 176 qurum, müəssisə və şirkət, o cümlədən 120 xarici şirkət qatılıb.

Festivalları ümumilikdə 17 171 fermer və sahibkar ziyarət edib, ziyarətçilərin 15 281 nəfəri kişi, 1 890 nəfəri qadın olub.

Aqrar Biznes Festivalları çərçivəsində 16 toxum sərgi-satış yarmarkası, 30 kredit yarmarkası təşkil olunub. Masallı rayonunda təşkil olunan toxum sərgi-satış yarmarkası çərçivəsində Respublika Toxumçularının II Forumu keçirilib. Kredit yarmarkalarında Aqrar Kredit və İnkişaf Agentliyi və Aqrar Sığorta Fondu ilə yanaşı, 12 bank və 2 bank olmayan kredit təşkilatı iştirak edib.

Aqrar Biznes Festivalları çərçivəsində 20 rayondan olan 689 fermerə 25 mövzu üzrə 32 təlim keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: