ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,69% artaraq 1 barelə görə 81.85 ABŞ dolları təşkil edib.
NUHÇIXAN-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,93% artaraq 1 barelə görə 79.41 ABŞ dollarına bərabər olub.