KOB evlərində sahibkarlara 456 minə yaxın xidmət göstərilib

A- A A+

Ötən il ərzində KOB evlərində sahibkarlara ümumilikdə 455 min 944 xidmət göstərilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) NUHÇIXAN-a bildirilib ki, bu xidmətlərin 307 mindən çoxu “Bakı KOB evi”nin, 112 mindən çoxu “Yevlax KOB evi”nin, 22 mindən çoxu “Xaçmaz KOB evi”nin, 14 min 600-dən çoxu isə “Xaçmaz KOB evi”nin Xudatdakı xidmət mərkəzinin payına düşür. KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 408 minə yaxını dövlət qurumları (“G2B”), 48 mindən çoxu isə biznes qurumları (“B2B”) tərəfindən təqdim edilib.

Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması və digər vergi məsələləri, gömrük, kommunal və digər ödənişlər, bank xidmətlərindən istifadə üçün müraciət ediblər.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edib.

Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxildir. KOB evlərində ümumilikdə 50-dən çox dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: