Cəbrayıl və Ağdamdakı sənaye parklarında bu il görüləcək işlər açıqlanıb

A- A A+

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki sənaye parklarına investorların cəlb edilməsi, yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər sürətlə davam etdirilir.

NUHÇIXAN xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 16 rezidenti və 2 qeyri-rezidenti var: "Bu il onlar Sənaye Parkına ümumilikdə 130 milyon manatdan çox investisiya yatırmağı, 1 800-dən çox daimi iş yeri yaratmağı nəzərdə tutur. Bu günə qədər 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. Parkın 30 %-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə mövcud sənaye parklarında 15-dən çox müəssisənin tikintisi istiqamətində işlər aparılır. Bu il Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında tütün məmulatlarının, dekorativ daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı müəssisələrinin fəaliyyətə başlaması, plastik taraların, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin istehsalı müəssisələrinin təməlqoyması planlaşdırılır”, - deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: