Naxçıvanda Türk şirkəti ilə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov “Türkiyə Moda və Hazır Geyim Federasiyası”nın prezidenti və “Rapsodi Çorap” şirkətinin rəhbəri Hüseyin Öztürk ilə görüşüb.

Görüşdə Türkiyənin Naxçıvanda Baş Konsulu Asip Kaya, ticarət atteşesi Engin Iğdır iştirak ediblər.

Abbas İsmayılov Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdən danışıb, Naxçıvanda əlverişli biznes mühiti və investorlar üçün yaradılan imkanlar barədə məlumat verib.

Görüşdə Naxçıvanda investisiya layihələrinin həyata keçirilməsi imkanları və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: