Naxçıvanda Vergi Xidmətinin bir qrup əməkdaşı təltif edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində 11 fevral Azərbaycanın vergi orqanlarının yaranmasının 25 illiyi və  vergi xidməti işçilərinin peşə bayramına həsr edilmiş tədbir təşkil olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi ulu öndər Heydər Əliyevin 11 fevral 2000-ci il tarixli fərmanı ilə yaradılıb. Ötən dövr ərzində vergi sahəsində innovativ texnologiyaların tətbiqi genişləndirilib, operativ idarəetmə strukturu və qanunvericilik bazası formalaşdırılıb, fəaliyyət müasir standartlar səviyyəsində qurulub.

Xidmətin qazandığı uğurları təqdirəlayiq hesab edən Abbas İsmayılov bu məsul və şərəfli işlərində vergi əməkdaşlarına uğurlar arzulayıb.

Sonra Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 11 fevral Azərbaycanın vergi orqanlarının yaranmasının 25 illiyi və  vergi xidməti işçilərinin peşə bayram münasibətilə  Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 əməkdaşı uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə   “Fəxri Fərman” və  “Təşəkkürnamə” ilə təltif edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: