2025-ci ilin yanvar ayında muxtar respublikada ümumi daxili məhsul istehsalı 105 milyon 857 min 700 manat olub.
Bu barədə NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 1,7 faiz artaraq 224,8 manat olub.