Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 37 milyon 797 min 400 manatlıq sənaye məhsulu istehsal edilib.
Bu barədə NUHÇIXAN-a muxtar respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövründəki göstəricidən 4,5 % çoxdur.
Sənaye məhsulunun 29 milyon 62 min 600 manatı və ya 76,9 %-i malların, 8 milyon 734 min 800 manatı və ya 23,1 %-i isə xidmətlərin payına düşübr.
Sənaye məhsulunun 0,2 %-i mədənçıxarma, 73,2 %-i emal, 25,7 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.