Kriptovalyuta bazarının son göstəriciləri

A- A A+

Fevralın 17-da kriptovalyuta birjalarında "Bitkoin" ucuzlaşıb.

NUHÇIXAN xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:14-də “CoinMarketCap” platformasında 1.38% ucuzlaşaraq 96 153 ABŞ dolları təşkil edib.

Son bir gündə paralel olaraq "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.39% azalaraq 2660 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP 3.57%, Tether 0,01% azalıb, BNB isə 1.96% bahalaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: