Xidmətdən NUHÇIXAN-a verilən məlumata görə, 2025-ci ilin yanvar ayında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 16,4 milyon manatdan çox vergi daxil olub və proqnoz 109,6 faiz icra edilib.
Ödənilən vergilərin 68,3 faizi qeyri-dövlət sektorunun, 31,7 faizi isə dövlət sektorunun payına düşüb.