Pensiyalar artımla ödənilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Fond Ölkə başçısının 7 fevral 2019-cu il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamına uyğun hər bir pensiyaçının pensiyasına müvafiq artımların hesablanmasını başa çatdırıb.

Nəticədə muxtar respublika üzrə 26 789 nəfər yaşa görə, 13 178 nəfər əlilliyə görə, 8897 nəfər ailə başçısını itirməyə görə, ümumilikdə 48 864 nəfər əmək pensiyaçısının pensiyası 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 3 faiz indeksləşdirilərək artırılıb. Əmək pensiyalarının sığorta hissəsində müvafiq artımların aparılması ilə yanaşı muxtar respublika üzrə fərdi uçot sistemində qeydiyyatda olan 172 309 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi isə xüsusi proqram vasitəsilə avtomatlaşdırılmış şəkildə həyata keçirilib.

Fond tərəfindən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və digər bu kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış əmək pensiyaçılarının pensiyalarında da bu Sərəncama uyğun müvafiq şərti çevrilmələr aparılmaqla müvafiq hesablamalar aparılıb, lakin onların pensiyalarının ümümi məbləğində heç bir dəyişiklik olmayıb.

Məlumat üçün bildirilir ki, fond tərəfindən muxtar respublika üzrə bütün növ əmək pensiyaları ürzə hesablanmış artımlar, ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq 2019-cu ilin fevral ayının 14-də, yanvar ayının artımları da daxil olmaqla maliyyələşdirilməsi başa çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: