Naxçıvan Təlim Mərkəzi tərəfindən regional təlimlərə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Təlim Mərkəzi 2025-ci il üçün nəzərdə tutulan zəruri təlimlər planı çərçivəsində muxtar respublikanın regionlarında təlimlərə start verib. Bununla bağlı ilk təlim Kəngərli rayonunda keçirilib. Təlim rayonun idarə və müəssisələrində kadrlar işi üzrə çalışan əməkdaşların iştirakı ilə həyata keçirilib. 

Əvvəlcə Məşğulluq Agentliyinin əməkdaşı Aqşin Kamilli, daha sonra isə  Əmək müfəttişliyinin əməkdaşı  Natiq Şərifov “Əmək və məşğulluq altsistemindən (ƏMAS) düzgün istifadə qaydaları” mövzusunda çıxış  ediblər. Çıxışlarda “Əmək və məşğulluq“ altsistemi (ƏMAS) – Əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsinə, insan resursları ilə işin təşkilinə  və bu sahədə şəffaflığın təmin edilməsinə zəmin yaradan elektron platforma haqqında məlumat verilib.

Sonra təlim zamanı əmək və məşğulluq alt sistemi üzərində praktiki işlər aparılıb və iştirakçıların sualları əyani olaraq cavablandırılıb. 

Qeyd edək ki, təlim mərkəzi tərəfindən muxtar respublikanın digər  rayonlarında təlimlər keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: