Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatlar (NKA) vasitəsilə qeydə alınan dövriyyə 32,4 milyon manat olub.
NUHÇIXAN xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.
Bundan başqa, ay ərzində Naxçıvanda "ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara 145,9 min manat vəsait qaytarılıb ki, bu da 1 il əvvələ nisbətən 11,9 % çoxdur. İndiyə qədər isə geri qaytarılmış ƏDV-nin ümumi məbləği 2,4 milyon manatı keçib.