Kriptovalyuta bazarının son göstəriciləri

A- A A+

Fevralın 25-də kriptovalyuta birjalarında "Bitkoin" ucuzlaşıb.

NUHÇIXAN xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:20-də “CoinMarketCap” platformasında 3.59% ucuzlaşaraq 92 064 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 7.51% azalaraq 2 507 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 8.08%, Tether 0.04%, BNB isə 5.02% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: