Azərbaycanın bank sektorunun aktivləri 8 %-ə yaxın artıb

A- A A+

Bu il fevralın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 53 milyard 90,7 milyon manat təşkil edib.

NUHÇIXAN Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il fevralın 1-i ilə müqayisədə 7,7 % çoxdur.

Bankların aktivlərinin 27 milyard 514,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 23,9 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 45 %-dən 51,8 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,55 % artaraq 46 milyard 402,3 milyon manata, o cümlədən depozit portfeli 5,7 % artaraq 36 milyard 961 milyon manata çatıb. Bunun 14 milyard 385,4 milyon manatı fiziki, 22 milyard 575,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12,1 %, şirkətlərin banklardakı vəsaitləri isə 1,9 % artıb. 

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 100 % azalıb.

Sektorun balans kapitalı isə 8,7 % artaraq 6 milyard 688,4 milyon manat təşkil edib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: