Azərbaycanın bank sektorunun xalis mənfəəti 29 %-ə yaxın azalıb

A- A A+

Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 71 milyon manat xalis mənfəət əldə edib.

NUHÇIXAN Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 % azdır.

Ötən ay bankların əməliyyat gəlirləri 543,8 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 17,5 % çox), əməliyyat xərcləri 395,5 milyon manat (26,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 53,7 milyon manat (83,3 % çox), mənfəət vergisi ödəmələri isə 23,7 milyon manat (8,2 % çox) təşkil edib.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: