Naxçıvanda “Dövlət Satınalmaları və Tətbiqi” mövzusunda təlim keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Təlim Mərkəzi və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Dövlət satınalmalarının tətbiqi” mövzusunda növbəti təlimlərə start verilib. 25 fevral tarixindən başlanılan təlim üç gün davam edib. Təlimdə dövlət satınalmaları sahəsində fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması məqsədi ilə “Dövlət satınalmaları haqqında” Qanun şərh edilərək müvafiq izahlar verilib və normativ aktların tələbləri diqqətə çatdırılıbdır. Eyni zamanda təlimçilər real nümunələr əsasında praktiki izahlar təqdim edib, iştirakçıların suallarını cavablandırıblar. Sonda iştirakçllara sertifikatlar tədim edilib.

Xatırladaq ki, təlimlər növbəti aylarda da davam etdiriləcəkdir.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: