"Cahan Şirkətlər Qrupu"nun təsisçisi Vüqar Abbasov "2-ci Məkkə Halal Forumu"nda iştirak edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində keçirilən "2-ci Məkkə Halal Forumu" artıq başa çatıb.
Forum, qlobal halal bazarının inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlıqları gücləndirmək məqsədilə 25-27 fevral tarixlərində təşkil olunub.
Forumun sərgi hissəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə qurulan Azərbaycan pavilyonunda kənd təsərrüfatı, emal sənayesi, turizm və digər xidmət sahələrini təmsil edən 15 stend fəaliyyət göstərib.
Sərgidə "Cahan Şirkətlər Qrupu"na daxil olan şirkətlərin məhsulları təqdim olunub və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, forumda "Cahan Şirkətlər Qrupu"nun təsisçisi Vüqar Abbasov və şirkətin rəhbər heyəti də iştirak edib.