Naxçıvanda "Rəhbər şəxslər üçün idarəetmədə müasir yanaşmalar və emosional intellekt” mövzusunda təlim keçirilib - FOTOLAR

A- A A+

Fevralın 28-də Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə "Rəhbər şəxslər üçün idarəetmədə müasir yanaşmalar və emosional intellekt” mövzusunda təlim keçirilib.

NUHÇIXAN xəbər verir ki, mərkəzin İdarə Heyətinin sədri Tağı Tağızadə təlim barədə məlumat verib. Bildirib ki, təlimlərin keçirilməsində əsas məqsəd dövlət orqanlarında çalışan işçilərin, gənclərin peşəkar və şəxsi inkişafının dəstəklənməsidir.

Qeyd olunub ki, iştirakçılar mərkəzin qısa müddət ərzində müxtəlif mövzularda təşkil etdiyi bir çox təlimdən faydalanıblar.

Təlimçi uzun illərdir müxtəlif universitetlərin MBA proqramlarında insan resurslarının idarə edilməsi, liderlik və təşkilati davranış, beynəlxalq idarəetmə və strateji idarəetmə mövzularını tədris edən Allahverdi Bağırov olub. O, lider və menecerin fərqi, idarəetmədə müasir yanaşma, formal və informal liderlər, emosional intellekt, işçi heyətinin inkişafı və digər mövzularda iştirakçılara məlumat verib.

Təlimdə iştirakçıların fikirləri dinlənilib, suallar cavablandırılıb.

Qeyd edək ki, təlim iki hissədən ibarət olub. Birinci hissədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşları, nazir müavinləri, yerli icra hakimiyyəti və digər orqanların rəhbər şəxsləri, ikinci hissədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əməkdaşları, dövlət qurumlarında çalışan şöbə və sektor müdirləri iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: