Haber Gobal: İğdır-Naxçıvan qaz kəmərinin tikintisi Muxtar Respublikanın İrandan qaz asılılığını aradan qaldıracaq

A- A A+

İğdır-Naxçıvan qaz kəmərinin tikintisi həm də Naxçıvanın İranla təbii qaz mövzusunda asılılığının qırılması deməkdir və bu Türkiyənin İrana qarşı coğrafi uğuru olacaq.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə "Haber Global" telekanalının yayımladığı süjetdə deyilir.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın “İğdır-Naxçıvan qaz kəmərinin tikintisi” layihəsi barədə apardıqları müzakirəyə münasibət bildirilərək qeyd olunub ki, iki prezidentin hər görüşünün sonunda ciddi qərarlar alınır və tətbiq olunur:

“Hazırda türk dünyası adına addımlar atan iki lider yan yana gəlib. Onların hər görüşündə ciddi mövzular müzakirə olunur. İlham Əliyevin Qafqaz və Qarabağ üçün verdiyi sözlər də zamanla öz yerini tapır".

O qeyd edib ki, bu günə qədər Ermənistan İranla birgə Naxçıvanı sıxışdırmaq istəyib.

“Naxçıvan türk dünyası ilə Türkiyənin körpüsüdür. Naxçıvandan keçəcək hər hansı bir boru xəttinin nə İranın, nə də Ermənistanın nəzarəti altında olacağına şüphəmiz yoxdur”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Naxçıvanı Azərbaycana bağlamaq həm də Türkiyəni Azərbaycana bağlamaq deməkdir: “Belə ki, qaz Bakıdan Türkiyəyə, Türkiyədən İğdıra, oradan da Naxçıvana gedir. Yəni bu uzun bir yoldur və Türkiyə asan yolu təmin etməlidir. Bu həm də İrana qarşı Türkiyənin coğrafi uğuru olacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: