Energetika naziri: İğdır-Naxçıvan qaz kəməri Türkiyənin bölgələrinin inkişafında da mühüm rol oynayacaq
İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təminatı ilə bərabər, Türkiyənin Ərzurum və digər bölgələrinin iknişafında mühüm rol oynayacaq.
NUHÇIXAN xəbər verir ki, bunu İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir qeyd edib ki, buraxılış gücü 739 mln kubmetr olan bu kəmərin gücünün gələcəkdə artırılması imkanı var: “Eyni zamanda bu kəmər əks istiqamətdə də qaz nəql edə biləcək”.