Pərviz Şahbazov: İğdır-Naxçıvan qaz kəmərinin açılması strateji enerji tərəfdaşlığında yeni keçiddir - FOTOLAR

A- A A+

İğdır-Naxçıvan qaz kəməri Azərbaycan və Türkiyə arasında strateji enerji tərəfdaşlığında yeni keçidi təmsil edir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Dövlət başçılarının iştirakı ilə bu gün daha bir tarixi əhəmiyyətə malik layihə olan Azərbaycan və Türkiyə arasında əbədi dostluq, qardaşlıq və sarsılmaz birliyin rəmzi - İğdır-Naxçıvan qaz kəmərinin açılışı olub. İğdır - Naxçıvan qaz kəməri Naxçıvandan keçir və Azərbaycan və Türkiyə arasında strateji enerji tərəfdaşlığında yeni keçidi təmsil edir. İğdırdan Naxçıvana ildə 730 milyon kubmetrədək qaz nəql edəcək bu kəmər Naxçıvanın enerji təhlükəsizliyini daha da artıracaq", - paylaşımda deyilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: