NUHÇIXAN xəbər verir ki, muxtar respublikada 2019-cu ilin yanvar ayında 168 milyon 313 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artaraq 368,9 manata çatıb.