Aprel ayında Azərbaycan və Küveyt arasında Birgə İkitərəfli Komitənin üçüncü sessiyası keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov məlumat verib.
Onun sözlərinə görə, aprelin 29-da baş tutacaq sessiyada Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov başçılıq edəcək.
"İkitərəfli münasibətlərimizdə nəzərəçarpacaq inkişaf var. Bu ilin əvvəlində iki ölkə arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilib", - deyə diplomat əlavə edib.