Ötən ay muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 3 milyon 158 min 100 manat məbləğində kreditlər verilib.
NUHÇIXAN-ın məlumatına görə, bu, bir il öncəki göstəricidən 28,2 faiz çoxdur.
Verilmiş kreditlərin 591 min 300 manatı və yaxud 18,7 faizi qısamüddətli, 2 milyon 566 min 800 manatı və yaxud 81,3 faizi uzunmüddətli kreditlər olub.