Abbas İsmayılov: Naxçıvanda sahibkarlara 1,3 milyon manat dövlət maliyyə dəstəyi göstərilib

A- A A+

Sahibkarlara dəstək çərçivəsində 2025-ci ilin I rübü ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 37 investisiya layihəsinin maliyyələşdirilməsinə 1,3 milyon manat güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Nazir müavini qeyd edib ki, 2025-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihələrin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,6 dəfə, verilmiş güzəştli kreditlərin məbləği isə 7,1 dəfə artıb. Maliyyələşdirilən layihələr üzrə 51 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

2025-ci ilin I rübündə müvəkkil kredit təşkilatlarının siyahısına 2 yeni bank əlavə olunaraq 8-ə çatıb.

2025-ci ilin üç ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlərin 12 faizi Naxçıvan şəhərinin, 88 faizi isə regionların payına düşüb.

Həmin dövrdə maliyyələşdirilmiş layihələrin 43 faizi kiçik həcmli, 57 faizi isə orta həcmli kreditlərin payına düşür və bu maliyyələşdirmə muxtar respublikanın bütün bölgələrini əhatə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: