Naxçıvan Muxtar Respublikasında aprelin 1-i tarixinə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz artaraq 20 min 192 təşkil edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, bu dövrdə aktiv ƏDV ödəyicilərinin sayı isə 18,9 faiz artaraq 572 olub.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 7,6 faiz artıb və 6005 təşkil edib.