2025-ci ilin I rübü ərzində özəl sektorun inkişafı, Naxçıvan məhsullarının ixrac imkanlarının genişləndirilməsi istiqamətində sahibkarlara 74 mənşə sertifikatı, 7 lisenziya verilib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikanın müvafiq qurumları tərəfindən verilmiş 1991 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 2,6 dəfə artıb.