Qızılın qiyməti yeni rekorda imza atıb

A- A A+

Qızılın qiyməti yeni rekorda imza ataraq bir unsiyası 3 212 dollara satılıb.

Bu barədə NUHÇIXAN “Comex” birjasının məlumatlarına istinadla xəbər verir.

Bakı vaxtı ilə saat 02:33-ə olan məlumata görə, qiymətli metalın unsiyası 3209,7 dollar (+2,17%), 02:48-də isə 3212 dollara (+2,24%) ticarət edilib.

Analitiklər hesab edirlər ki, dünyada qızılın qiymətinin bahalaşmasına Amerika Birləşmiş Ştatlarının 185 ölkə ilə ticarət müharibəsi səbəb olur. Burada, həmçinin qiymətli metalın təhlükəsiz aktiv kimi cəlbediciliyi rol oynayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: