"Haber Global": Azərbaycan Şimali Kiprlə bağlı məsələdə sözünün arxasında durmağı seçdi - VİDEO

A- A A+

Azərbaycan Şimali Kiprlə bağlı mövqeyi ilə pulun hər şey demək olmadığını sübut etdi.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Haber Global”ın süjetində təhlükəsizlik siyasəti üzrə ekspert Mete Yarar danışıb.

O qeyd edib ki, Azərbaycan da istəsəydi, digərləri kimi yunan Kipri məsələsinə münasibət bildirib, Avropa ilə problemlərini həll edə bilərdi. Ancaq Azərbaycan sözünün üstündə durmağı seçib:

“Qarabağla bağlı hələ də yekun sülh sazişi yoxdur. Hələ də kənar qüvvələr ortaya nifaq salmağa çalışır. Azərbaycanı başqa ölkələr üzərindən təhdid edirlər. Amma bütün bunlara rəğmən, Azərbaycan sözünün üstündə durur. Mərkəzi Asiya ölkələrinə 12 milyard avro pulun hamısını verəcəklərinə inanmıram. Bu vəsaiti 5-ə böləndə hər ölkəyə 2 milyard avro düşür, 10 ilə böldükdə isə illik məbləğ təxminən 200 milyon avro edir. Dəyərlər bu qədərmi ucuzdur?”

Ekspert hesab edir ki, Türk Dövlətləri Təşkilatı daxilində qardaş münasibətində olan, ortaq əlifba yaradan ölkələr bir-birinə qarşı bu addımı atmamalıydı:

“Biz Turan iqtisadi zonasından danışdıq, bərabər böyüyəcəyik dedik. Burada məsələ təkcə yunan Kiprini tanımaq deyil, həm də Türkiyəni işğalçı kimi göstərməkdir. Diplomatiya, ikitərəfli münasibətlər bir tərəfə, qardaş qardaşa bunu etməz. Türkiyə hansı məsələdə bu ölkələrin arxasında durmayıb? İllərlə Şimali Kipri tanımamalarına bir şey demədik, amma yunan Kiprini tanımaları ilə bizi çətinə saldılar. Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurası bu məsələ barədə niyə bir açıqlama vermir? Onların əsas vəzifəsi məhz bu kimi məsələlərə münasibət bildirməkdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: