Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında vergi orqanlarına ümumilikdə 393 müraciət daxil olub.
NUHÇIXAN İqtisadiyyat Nazirliy yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, müraciətlərin 88 %-ni ərizələr, 12 %-ni şikayətlər təşkil edib. Onların 95,7 %-nin baxılması dövr ərzində başa çatdırılıb, 4,3 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,2 %-i həll olunub, 3,7 %-i barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.
Rüb ərzində yerli Dövlət Vergi Xidmətində vəzifəli şəxslər ümumilikdə 87 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.