Azərbaycanın icmal büdcəsində 2 milyard manata yaxın profisit yaranıb

A- A A+

Bu ilin I rübündə Azərbaycanın icmal büdcəsinin gəlirləri 10 milyard 744,3 milyon manat, xərcləri isə 9 milyard 61,3 milyon manat təşkil edib.

NUHÇIXAN Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 14,8 % və 2,2 % azdır.

Son nəticədə icmal büdcədə 1 milyard 683 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 49,75 % azdır. 

Büdcə profisitinin ÜDM-də payı 5,6 % təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: