2023-cü ilin oktyabrında Çin Prezidenti Si Cinpin 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun açılış mərasimində elan edib ki, Çin bu təşəbbüs çərçivəsində birgə tikinti üzrə 8 tədbir görəcək, onlardan birincisi Çin-Avropa yük qatarlarının yüksəkkeyfiyyətli inkişafının sürətləndirilməsi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tikintisində iştirakdır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey aprelin 28-də Bakıda keçirilən brifinqdə bildirib: “Bu, Azərbaycanın öz nəqliyyat potensialını müəyyən etmək üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TBNM) istifadə strategiyasına əhəmiyyətli dərəcədə uyğundur və Azərbaycan tərəfdən müsbət cavab alıb. 2024-cü ildə ümumilikdə 369 qatar hərəkət edib ki, bu da illik müqayisədə 36 dəfədən çox artım deməkdir”.
Nazir Prezident İlham Əliyevin Çinə səfəri zamanı tərəflərin “Bir kəmər, bir yol” təşəbbüsünün birgə inkişafı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tikintisinə dəstək ilə bağlı bir sıra razılıqlar əldə etdiyini qeyd edib. Bildirib ki, Pekin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi səviyyəsini, yükdaşımalarının səmərəliliyini davamlı olaraq yüksəltmək, eləcə də Çin və Avropa arasında Xəzər dənizi vasitəsilə təhlükəsiz və sabit birbaşa birgə ekspres-marşrutu qurmaq üçün bu marşrut boyunca Azərbaycan və digər ölkələrlə əməkdaşlığa hazırdır.