“Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızıl fyuçerslərinin qiyməti aprelin 15-dən bəri ilk dəfə bir troya unsiya (31,1034768 qrama bərabər olan kütlə vahidi) üçün 3 250 dollardan aşağı düşüb.
NUHÇIXAN xəbər verir ki, bu, ticarət platformasının məlumatlarında əksini tapıb.
Bakı vaxtı ilə saat 04:54-ə olan məlumata görə, qızılın qiyməti 2,01 % ucuzlaşaraq 1 unsiya üçün 3 247 dollar olub. Bakı vaxtı ilə saat 05:13-də qızılın ucuzlaşması ləngiyib və bir unsiya üçün 3 249,3 dollara (-1,96 %) satılıb.