Vüqar Bayramov: "Əhalinin borc yükünün sərəncamındakı gəlirinə nisbəti artıb"

A- A A+

Əgər 5 il bundan əvvəl Azərbaycanda əhalinin borc yükünün sərəncamındakı gəlirinə nisbəti 11,5 % idisə, bu göstərici ötən ilin sonunda 18 %-ə yüksəlib.

NUHÇIXAN xəbər verir ki, bunu Mill Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bu gün keçirilən növbəti plenar iclasında bildirib.

Deputat qeyd edib ki, hazırda 3 milyondan çox vətəndaşın banklara istehlak kreditləri üzrə borcu var, iqtisadi fəal əhali üzrə adambaşına 13,8 min manat bank borcu düşür.

"Ötən il ölkədə istehlak kreditləri 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manata yüksəlib. Paralel olaraq problemli kreditlər də artmaqdadır. Təkcə bu ilin I rübündə vaxtı keçmiş kreditlər 449,1 milyon manatdan 481,6 milyon manata yüksəlib. Ötən il qeyri-işlək kreditlər isə 41 milyon manat artaraq 655 milyon manat təşkil edib. Bu məbləğin 246 milyon manatı istehlak kreditləridir, yəni fiziki şəxslərin payına düşür", - deyə V.Bayramov əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: