Aprelin 11-13-də Bakıda Pakistan-Azərbaycan–Türkiyə sərgisi keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) NUHÇIXAN-a bildirilib ki, Azərbaycan şirkətləri sərgidə iştiraka dəvət olunurlar. Tədbirdə geniş çeşidli ixracat məhsulları nümayiş ediləcək və potensial alıcıların tələbatını ödəmək məqsədilə onlarla qarşılıqlı ünsiyyət qurulacaq. Sərgi çərçivəsində B2B formatında görüşlər keçiriləcək.